Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri səhiyyə qurumlarına və ictimaiyyətə MÜRACİƏT edib
01.11.2021 16:21

Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova səhiyyə qurumlarına və ictimaiyyətə müraciət edib.

 

Aztibb.az həmin müraciəti təqdim edir:

 

"Bütün cəmiyyətimizə dünyaya gözlərini "duzlu körpələr" damğası ilə açan övladlarımız üçün, əzmlə mübarizə aparan "Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi" adından müraciət edirəm. Səsini əlaqədar qurumlara çatdırmaq istədiyim bu körpələr və onların ailələri nadir genetik, ağır gedişatlı xəstəliklə mübarizə aparmağa məhkum bir həyat yaşayırlar. Nadir genetik xəstəlik olan kistoz fibroz (mukovissidoz) doğuşdan yaranan transmembran requlyəedici geninin (CFTR) mutasiyası nəticəsində baş verən, xarici sekresiya vəzilərinin zədələnməsi, tənəffüs və həzm sistemi orqanlarının funksiyalarının ciddi pozulmaları ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyin əsas səbəbi 7-ci xromosomda yerləşmiş gen mutasiyasıdır. Yer kürəsi əhalisinin hər 20 nəfərindən birində kistoz fibroz gen mutasiyası var və bu şəxslər xəstəliyin daşıyıcısı hesab olunur. Hər iki valideyndən mutasiyalı genin ötürülməsi nəticəsində xəstə uşaq dünyaya gəlir. Dünyaya kistoz fibroz hökmü ilə gələn uşaqların yaşam keyfiyyəti həmyaşıdlarından çox aşağı olur. Normal yaşam tərzini təmin etmək, maliyyə tutumu inanılmaz ağır olan dərman müalicəsi ilə birlikdə ailələrin gücləri daxilində mümkünsüz olur. İnsanlığın ən böyük faciəsi fikrimcə, gələcəyimiz olan körpələrin hər an, hər saat yaşamaq uğrunda mübarizə aparmasıdır...

 

Valideynlər övladlarının varlığına sevinərək onların hər uğurlu addımları ilə qürur duyaraq gələcəyə inamla baxırlar. Lakin bizim ailələr yalnız kistoz fibrozlu mələklərimizi həyatda saxlamaq üçün çırpınır! Övladlarımızın rahat nəfəsi üçün bütün varlığımızı fəda edirik! Amma hər zaman buna nail ola bilirikmi?! Xeyr ...

 

Bu günə qədər kistoz fibrozun əlimizdən aldığı canlar, dayandırdığı həyatlar hər biri bizim hər birimizin övladlarıdır.

 

Çağırışım kistoz fibrozlu övladlarımızın yaşaması uğrunda apardığımız mübarizədə bütün cəmiyyətimizin bizə dəstək olmasını istədiyim üçündür. İrəli təfəkkürə malik bu körpələr gələcəyin ən yararlı insanları olmaq əzmindədirlər... Əlbəttə, əgər onlar zəruri dərmanlarla təmin onunarlarsa! Çox təəssüfləndirici haldır ki , ölkəmizdə kistoz fibrozun erkən diaqnostikası üçün bütün uyğun şərait mövcud deyil, bu vəziyyət xəstələrimizin həyat şəraitindən, müalicə prosesindən danışmağın ağırlığını həmin an gözlər önündə canlandırır.

 

Diaqnoz qoyulan xəstələrimiz üçun həyatı vacib dərmanların əldə olunması çox acınacaqlı vəziyyət yaradır, həmçinin müalicədə dərman qəbulu ilə yanaşı davamlı fizioterapiya üçün uyğun yerin olmaması və qida əlavələri ehtiyacı da problem olaraq qalmaqdadır. Xəstələrimizin uyğun həkimlər (pediatr, pulmonoloq, qastroenteroloq, endokrinoloq, dietoloq, psixoloq və s.) tərəfindən izlənməsi üçün kistoz fibroz mərkəzinə ehtiyac vardır. Müraciətimin məqsədi qeyd etdiyim problemlərin tez bir zamanda həll olunması üçün əlaqədar qurumlara, səhiyyə təşkilatlarına və bütün cəmiyyətimizə səsimizi çatdırmaq istəyimdir, bu səs tək mənim deyil, onlarla eyni xəstəlikli övlad ailələrinin səsidir! Hər kəsi kistoz fibrozun fərqində olmağa səsləyirəm! Unutmayaq ki, heç kims xəstəliklərdən sığortalanaraq dünyaya gəlməmişdir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır