ÜST karantindən sonra ölkələr arasında sərhədlərin açılmasını dəstəkləyir
01.09.2020 09:44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) karantindən sonra ölkələr arasında sərhədlərin açılmasını dəstəkləyir, eyni zamanda, fəlakətli vəziyyətə yol verilməməsi məqsədilə ehtiyat tədbirlərinə riayət olunmasını vacib hesab edir.

 

Aztibb.az RİA Novosti saytına istinadla xəbər verir ki, bu fikri ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə söyləyib. O, bildirib: “Biz uşaqların məktəbə getməsini, insanların isə iş yerlərində olmasını görmək istəyirik. Lakin biz bütün bunların təhlükəsiz şəraitdə baş verdiyini görmək istəyirik. Ölkələr virusa nə qədər çox nəzarət edərsə, sərhədlər bir o qədər çox açıla bilər. Nəzarətsiz açılış fəlakətin “reseptidir”.

 

ÜST rəhbərinin sözlərinə görə, dövlətlər normal həyata qayıtmazdan əvvəl azı dörd mühüm addımı atmalıdır. Belə ki, virusun böyük sayda insan qrupları arasında yayılması məhdudlaşdırılmalıdır. Bu cür yoluxma kütləvi tədbirlərdə, o cümlədən gecə klublarında, stadionlarda, böyük dini yığıncaqlarda qeydə alınır. İkincisi, ölüm sayının azaldılması üçün virusa yoluxmaq baxımından daha çox həssas olanları qorumaq lazımdır. Üçüncüsü, hər kəs cəmiyyətdə təhlükəsizliyin təmin edilməsinə töhfə verməlidir: maska taxmalı, məsafə saxlamalı və əllərini yumalıdır. Dördüncüsü, hökumət orqanları xəstələrin aşkarlanması, təcrid edilməsi, test aparılması və müalicəsi, habelə təmasda olduğu şəxslərin müəyyənləşdirilməsində tədbir görməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır