"Instagram"da xəstə uşağın adından pul yığan şəxs saxlanıldı
30.10.2021 13:02

“Instagram” sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən bir uşağın şəkillərini paylaşaraq yardım istəyən və edilən yardımları şəxsi ehtiyacları üçün xərcləyən şəxs saxlanılıb.

 

Aztibb.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinə müraciət edən vətəndaşlardan biri şikayət edərək bildirib ki, “İnstagram” sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən qızının şəkilləri tanımadığı insanlar tərəfindən paylaşılaraq onların adından şəbəkə istifadəçilərindən pul istənilir.

 

Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Gəncə şəhərində yaşayan Rafiq Cəfərov tərəfindən yaradılıb və idarə edilir. Saxlanılaraq idarəyə gətirilən həmin şəxs “Instagram” sosial şəbəkəsində “firuzeye_destek_olaq” adlı səhifə yaratdığını etiraf edib.

 

Araşdırma zamanı müəyyən edilib ki, R.Cəfərov səhifədə tibbi yardıma ehtiyacı olan şəxsə kömək edilməsi ilə bağlı elan və şəkil yerləşdirərək izləyicilərdən pul toplayıb. Saxlanılan şəxs yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. R.Cəfərovun yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar və digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.


Qeyd olunan faktın hərtərəfli araşdırılması Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib