TƏBİB-in müəssisələrində farmakonəzarət üzrə məsul şəxslər təyin olunur
29.10.2021 16:04

“Hazırda TƏBİB daxilində stasionar tibb müəssisələrində, eyni zamanda immunizasiya aparan müəssisələrdə farmakonəzarət üzrə məsul şəxslərin təyini prosesi gedir”.

 

Aztibb.az-ın məlumatına görə, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.

 

E. Quliyev deyib ki, bu məsul şəxslərə treninq keçirilməsi, onların onlayn report sistemlərə qoşulması prosesi davam edir: “Ölkəyə gətirilən dərman vasitələrinin yoxlanılmasına gəlincə, həmin dərman vasitələri ilk növbədə qeydiyyatdan keçirilir. Bu qeydiyyatı Səhiyyə Nazirliyi aparır. Nazirliyin alt qurumu Analitik Ekspertiza Mərkəzində laboratoriyalar mövcuddur, dərmanların keyfiyyəti, effektivliyi, təhlükəsizliyi yoxlanılır. Dərman vasitələri ölkəyə idxal olunduğu zaman yenə də bütün seriyalardan nümunələr götürülür, laboratoriyalarda yoxlanılır. Əgər keyfiyyəti normativlərə uyğundursa, idxalına icazə verilir, keyfiyyət parametrləri uyğun gəlməzsə, o zaman həmin dərman vasitələrinin ölkəyə idxalı qadağan edilir və müvafiq şəkildə məhv edilir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib