Zəfər Tibb Simpoziumuna start verilib
29.10.2021 16:50

Bu gündən Zəfər Tibb Simpoziumu fəaliyyətə başlayıb.

 

Aztibb.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli simpoziumun əhəmiyyətindən, müharibədəki zəfərimizdən bəhs edib. Rektor Şuşa zəfərinə həsr olunan simpoziumun təşkilinin qürurverici olduğunu qeyd edib, simpoziumun işinə uğurlar arzu edib.

 

Daha sonra çıxış edən səhiyyə nazirinin müavini Rahim Əliyev qeyd edib ki, simpozium əsasən nevrologiya, radiologiya, onkologiya, həm də COVID-19-un bəzi aktual problemlərinə həsr olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov simpozium 44 günlük Vətən müharibəsindəki zəfərlə əlaqədardır: "Sevindirici haldır ki, simpoziumda diaspor nümayəndələri də iştirak edir. Komitə müxtəlif formatda layihələr həyata keçirir. 10-dan çox ölkədə 13 Azərbaycan evi açılıb. Xüsusilə soydaşlarımızın elm sahəsində olan layihələrinə diqqət edirik".

 

Qeyd edək ki, simpozium Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşkilatçılığı həyata keçirilir və 2 gün davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır