İybilmə və dadbilmənin gec bərpası COVID-19-a yoluxanların 65-70 faizi üçün xarakterikdir
28.10.2021 10:21

Yeni növ koronavirus (COVID-19) infeksiyasının xarakterik əlamətlərindən biri olan iybilmənin və dadbilmənin qismən və ya tamamilə itməsi bəzi xəstələr üçün çox ciddi psixoloji nəticələrə səbəb ola bilər. Ona görə də sağaldıqdan sonra qoxu və dadbilmə duyğusunu bərpa etmək xəstənin əvvəlki həyatına qayıtması üçün vacib şərtlərdən biridir. İybilmə və dadbilmənin itməsi adi soyuqdəymə kimi digər yoluxucu respirator xəstəliklər zamanı da müşahidə oluna bilər. Ona görə də mütəxəssislər müayinə və müalicə təyin edilərkən qızdırma və öskürək kimi simptomlara diqqət yetirməyi tövsiyə edirlər. COVID-19-a yoluxma zamanı dad və iybilməni itməsi probleminə səbəb olan amillər hələ tam müəyyənləşdirilməyib. Lakin aydındır ki, yoluxma nəticəsində bir sıra həssas hüceyrələr və ya sinirlər, keçiricilər zədələnir.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin həkimi həkim Racu Nəbiyev COVID-19 infeksiyasının xarakterik əlamətlərindən biri olan iybilmənin və dadbilmənin qismən və ya tamamilə itməsi barədə danışarkən deyib.

 

Həkim-mütəxəssis bildirib ki, koronavirusa yoluxanlarda, adətən, xəstəliyin ilk günlərdə itən iybilmə və dadbilmə təxminən iki həftə sonra bərpa olunur: “Lakin bəzi xəstələr hətta sağaldıqdan bir neçə ay sonra da iybilmə və dadbilmənin yoxluğundan şikayətlənirlər. Çox vaxt həmin problem xəstəliyin 4-6-cı günündə baş verir. Postvirus dövründə iybilmə və dadbilmənin gec bərpası və ya tam bərpa olunmaması COVID-19-a yoluxanların 65-70 faizi üçün xarakterikdir. Bu hisslərin hər ikisi digər əlamətlərdən də əvvəl özünü göstərərək, bəzən xəstəlikdən sağaldıqdan sonra qayıdır. Bəzən iybilmənin itməsi koronavirusun həmin xəstədəki yeganə simptomu olur. Daha ağır xəstələrdə iybilmənin itməsi ilə yanaşı, burun tutulur, bədən temperaturu qalxır və tənəffüs yollarında quruluq meydana gəlir. Quru öskürək və hipotermiya yaranır, xəstə baş ağrısından, zəiflikdən şikayət edir və nəhayət, dadbilmə də tamamilə itir”.

 

R.Nəbiyevin dediyinə görə, qoxuları tanımaq və qidaların dadını bilmək sağalmanın ən bariz əlamətidir. İybilmə və dadbilmənin bərpası müddəti daha çox xəstəliyin 8-14-cü günləri ilə, sağaldıqdan sonra 1-3-cü aylara təsadüf edir. Çox təəssüf ki, nadir hallarda isə iybilmə və dadbilmə ümumiyyətlə bərpa olunmur. Bu cür fəsadlar burunətrafı tağların anamnezlərində xroniki patologiyaların mövcudluğu, bir sıra nevroloji xəstəliklər, travmalar və beyində hər hansı cərrahi əməliyyatın həyata keçirilməsi ilə əlaqələndirilir”.

 

Həkim-mütəxəssis qeyd edib ki, COVID-19-dan sağaldıqdan sonra iybilmə və dadbilmənin bərpa olunması prosesini sürətləndirmək, vəziyyəti yüngülləşdirmək üçün burun boşluğunda iltihabı dayandırmağa yönəlmiş simptomatik terapiya tövsiyə olunur. Bunun üçün burnu duzlu su ilə yumaq, həmçinin damarları yığan, iltihab əleyhinə və ya hormonal intranazal spreylərdən istifadə etmək lazımdır. Əlbəttə ki, bu dərmanları istifadə etməzdən əvvəl müalicə həkimi ilə məsləhətləşmək şərtdir. Bundan başqa, dadbilmə və iybilmə funksiyasını bərpa etmək üçün qidalara təbii dad və qoxu gücləndiriciləri əlavə etmək olar. Bu prosedur qoxu reseptorlarını aktivləşdirmək üçün icra olunur. Ən azı 5 güclü ətir seçərək, onların hər birini gündə ən azı 2 dəfə 10-20 saniyə qoxulamaq lazımdır. Kəskin qoxusu elə maddələrə qəhvə, sarımsaq, nanə, aromatik yağlar, vanil, sitrus meyvələri və s. misal göstərmək olar. Ən əsası isə panikaya düşmək olmaz, yadda saxlamaq lazımdır ki, koronovirusdan sağaldıqdan sonra dad və qoxu reseptorlarının işinin bərpası köməkçi müalicənin keyfiyyətindən asılıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır