ÜST: Dünyada bir həftə ərzində COVID-19-a yoluxma hallarının sayı 4 faiz artıb
28.10.2021 10:18

Son bir həftə ərzində dünyada 2,9 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 49 mindən çox insan ölüb, yeddi gündə yeni yoluxma hallarının sayı 4 faiz, ölüm hallarının sayı isə 5 faiz artıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemiya ilə bağlı bülletenində deyilir. Məlumatda qeyd olunur ki, yoluxanların yarıdan çoxu Avropa regionuna təsadüf edir. Həftə ərzində təkcə bu regionda yoluxma hallarının sayında artım (18 faiz), digər beş ÜST regionunda isə azalma qeydə alınıb. Xüsusilə güclü azalma Afrikada (21 faiz) və Qərbi Sakit Okean regionunda (17 faiz) qeydə alınıb. Yeddi gün ərzində dünyada ölüm hallarının sayı 5 faiz artıb. Ən böyük artım Avropada (14 faiz) və Cənub-Şərqi Asiyada (13 faiz) qeydə alınıb. Bununla belə, Asiya və Sakit Okean regionunda (16 faiz), Şərqi Aralıq dənizi regionunda (13 faiz) və Afrikada (11 faiz) ölüm hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

 

Bülletendə verilən statistik məlumatlara görə, oktyabrın 18-dən 24-dək dünyada 2 940 336 yoluxma halı, 49 413 ölüm halı qeydə alınıb. Bir həftə ərzində ən çox yoluxmuş insan barədə ABŞ tərəfindən ÜST-yə (512 956) bildirilib. Ondan sonra Böyük Britaniya (330 465), Rusiya (248 956), Türkiyə (196 850) və Ukrayna (134 235) yer alıblar.

 

Ümumdünya Səhiyyə Təşkilatının oktyabrın 26-na olan məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 243 857 028 koronavirusa yoluxma halı qeydə alınıb, 4 953 246 nəfər dünyasını dəyişib. Son sutka ərzində 295 432 yoluxma və 5 469 ölüm halı haqqında məlumat daxil olub.

 

İndiyədək ölkədə ümumilikdə 522 min 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 min 674 nəfər müalicə olunaraq sağalıb, 6 min 966 nəfər vəfat edib, aktiv xəstə sayı 27 min 728 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır