Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinə yeni rəis təyin edilib
27.10.2021 17:15
Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi hospitalın Təcili yardım şöbəsinin rəisi təyin edilib.
 
Aztibb.az xəbər verir ki, Nərgiz Kərimova 2009-cu ildən 2021-ci ilin 26 oktyabr tarixinə qədər Mərkəzi Gömrük Hospitalında təcili yardım həkimi kimi çalışıb. 
 
N.Kərimova Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsində reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstələrin təcili qəbulunu, diaqnostik müayinələrin aparılmasını, kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələrin vəziyyətinin dəyərləndirilməsini, pandemiyası dövründə hospitala daxil olan COVID-19 xəstələrin qəbulunu həyata keçirib.
 
N.Kərimova 1987-1993-cu illərdə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsində təhsil alıb. O, 1993-1994-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-terapevt ixtisası üzrə internatura keçib. Əmək fəaliyyətinə 1994-cü ildə Mərkəzi Hövzə Xəstəxanasında başlayaraq 2002-ci ilə qədər burada təcili yardım həkimi kimi çalışıb.
 
2002-2003-cü illərdə Səudiyyə Ərəbistan Krallığının Əl-Baha şəhərində Al Baha İlk Tibbi Yardım Mərkəzində şöbə müdiri, 2003-2006 cü ildə Al Baha şəhəri Əl Dəfir Mərkəzi Təcili Yardım Hospitalında şöbə müdiri, 2006 Mina şəhəri S.Ə.Krallığı Mina mərkəzi xəstəxanasida həkim kimi çalışıb. O, 2005-ci ildə Əl Baha regionu üzrə ilin ən yaxşı həkimi seçilib. N.Kərimova 2006-2009-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim ekspert kimi çalışıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır