Azərbaycanda qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir
26.10.2021 17:09

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli UNİCEF-in Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi Aleks Haykenslə görüşüb.

 

AQTA-dan Aztibb.az-a verilən məlumata görə, son illərdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən söz açan Qoşqar Təhməzli əhalinin təhükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində görülən işlər haqqında məlumat verib.

 

Agentlik sədri qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın daim genişləndiyini bildirib.

 

Görüşdə qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, o cümlədən məktəbəqədər yaşda olan uşaqların və məktəblilərin qidalanması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, qidalanma metodologiyasının müəyyənləşdirilməsi, eləcə də bu sahələrdə birgə əməkdaşlığın və pilot layihələrin həyata keçirilməsi üzrə müzakirələr aparılıb.

 

Aleks Haykens səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycandakı fəaliyyəti dövründə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə UNİCEF arasında olan sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

 

Sonda qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
I Naxçıvan Beynəlxalq Tibb Günləri keçiriləcək
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
Həkimlərimizi tanıyaq: Həkim-nevroloq Vüsalə Məmmədova