Uşaqlarda müxtəlif xəstəliklərdən sonra reabilitasiyanın müasir aspektləri - VEBİNAR
26.10.2021 12:23
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşəbbüsü, Elmi-Tədqiqat Pediatriya İnstitutu və Uşaq Bərpa Müalicə Mərkəzinin birgə təşkilatçılığı ilə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin 100-dən çox əməkdaşı üçün “Uşaqlarda müxtəlif xəstəliklərdən sonra reabilitasiyanın müasir aspektləri” adlı vebinar keçirilib.
 
Aztibb.az xəbər verir ki, vebinarda davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri, t.e.d., dosent Emil İskəndərov, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, t.ü.f.d. Allahverdi Musayev, Uşaq Bərpa Müalicə Mərkəzinin baş həkimi Cəmilə Talıbova məruzələrlə çıxış ediblər. Onlar inkişaf çətinliyində olan uşaqların erkən müdaxiləsi, dayaq – hərəkət sistemi xəstələrinin reabilitasiyasının təşkili, xəstələrin reabilitasiyasında fizioterapevtik proseduraların rolu, yuxarı və aşağı tənəffüs orqanlarının patologiyası və COVID-19 xəstəliyindən sonrakı reabilitasiya tədbirləri haqqında məlumat veriblər. 
 
Sonda uzman həkimlər mövzu ətrafında iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır