Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Türkiyənin “Romatem” şirkəti ilə əməkdaşlıq edəcək
25.10.2021 11:37
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Türkiyə Respublikasının Reabilitasiya və Fizioterapiya üzrə Xəstəxanalar Şəbəkəsi olan “Romatem” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
 
Aztibb.az xəbər verir ki, sənədi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov və “Romatem” şirkətinin səlahiyyətli nümayəndəsi Köksal Holoğlu imzalayıb.
 
Tədbirdə əlilliyi olan şəxslər üçün son illərdə ölkəmizdə yaradılan müasir reabilitasiya infrastrukturu barədə məlumat verilib. Son iki ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verildiyi, bu il isə uşaqlar üçün bölgələrdə iki reabilitasiya mərkəzinin açılacağı bildirilib.
 
Mərkəzlərdə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının artırılması məqsədi ilə yeni effektiv müalicə prosedurlarının tətbiq olunduğu, postmüharibə dövründə bu tip mərkəzlərin qazilərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatında da xüsusi əhəmiyyəti vurğulanıb.
 
Türkiyənin “Romatem” şirkəti ilə imzalanan memorandum reabilitasiya mərkəzlərində göstərilən xidmətlərin effektiv və səmərəli təşkili, bu sahədə kadr potensialının bilik və peşəkarlıq səviyyələrinin artırılması, reabilitasiya sahəsində tətbiq olunan modern yanaşmalara dair məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətlərini əhatə edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır