Əczaçılıq üzrə ixtisaslaşdırılmış dissertasiya şurası yaradılıb - FOTO 
25.10.2021 09:22

Son illər ölkəmizdə aparılan çoxşaxəli islahatların tərkib hissəsi olaraq təhsil sahəsində də müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan, dissertasiya işlərinin müdafiəsi üzrə də müəyyən tədbirlər görülüb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının yeni əsasnaməsi təsdiq olunub, şuraların tərkibi yenilənib və müxtəlif istiqamətlər üzrə dissertasiya şuraları yaradılıb. 

 

Aztibb.az xəbər verir ki, bu yeniliklər barədə əczaçılıq üzrə ixtisaslaşmış şuranın elmi katibi, dosent Sənəm Əliyeva məlumat verib. Onun dediyinə görə, ölkəmizdə son 20 ildə bu sahədə ixtisaslaşmış dissertasiya şurası mövcud olmayıb: “Hazırda Ali Attestasiya Komissiyası tərəfindən əczaçılıq ixtisası üzrə 2 ixtisaslaşma: “Əczaçılıq kimyası, farmakoqnoziya” və “Dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili” ixtisasları üzrə birdəfəlik dissertasiya şurasının yaradılması haqqında sərəncam verilib. Bu da Əczaçılıq fakültəsi üçün çox önəmlidir. Belə ki, gənc mütəxəssislərin hazırladığı dissertasiya işlərinin müdafiəsi nisbətən asanlaşır, eyni zamanda onların müasir səviyyədə, yüksək tələbkarlıq şəraitində müdafiəsi üçün şərait yaranır. Respublikamızın əczaçılıq sahəsində tanınmış mütəxəssisləri, o cümlədən bütün elmlər doktorları dissertasiya şurasının tərkibində iştirak edirlər. Dissertasiya şurasına professor Yusif Kərimov rəhbərlik edir. Şuranın üzvlərindən professorlar Eldar Qarayev, Cavanşir İsayev, Məhbubə Vəliyeva və başqalarını göstərmək olar. Bununla yanaşı, hər ixtisas üzrə 5 nəfər mütəxəssisin də iştirakı tələb olunur”.

 

“Dərmanların alınma texnologiyası və əczaçılıq işinin təşkili” ixtisası üzrə kadr çatışmazlığından danışan S.Əliyeva bildirib ki, bu problem qonşu dövlətlərin köməyi ilə aradan qaldırılıb: “Rusiya Federasiyası Pyatiqorsk Əczaçılıq İnstitutundan professorlar E.F.Stepanova və Ayro Andreyevanın, həmçinin Gürcüstan Respublikasından professorlar Kompantseve və Bakuridze kimi mütəxəsislərin bu şuraya cəlb olunması nəticəsində dissertasiya şurası yaradıldı. Sevindirici haldır ki, oktyabrın 14-ü və 15-i tarixlərində fakültəmizin 2 əməkdaşı - Farmakoqnoziya kafedrasının baş müəllimi Aytən Şükürova, eləcə də Ümumi və toksikoloji kimya kafedrasının baş müəllimi Sara Paşayeva əczaçılıq üzrə fəlsəfə doktorluğu dissertasiya işini müvəffəqiyyətlə müdafiə ediblər. Hazırda onların sənədlərinin tərtibi və Ali Attestasiya Komissyasına təqdim olunması üzrə işlər aparılır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır