ÜST rəhbəri: “Pandemiya dünya onu dayandırmağa qərar verəndə sona çatacaq”
25.10.2021 09:17

“Dünyada koronavirus pandemiyasına qalib gəlmək üçün bütün lazımi vasitələr, o cümlədən tibbi vasitələr var, lakin bu imkanlardan düzgün istifadə olunmur”.

 

Aztibb.az-ın məlumatına görə, bunu bazar günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Berlində keçirilən Ümumdünya Sağlamlıq Sammitində çıxışında deyib.

 

Baş direktor ilin sonuna qədər dünya ictimaiyyətinin ən azı 40 faizinin peyvəndlənməsini təmin etməyə çağırış edib: “Mənə tez-tez pandemiyanın nə vaxt bitəcəyi sualı verilir. Mənim cavabım budur ki, pandemiya dünya onu dayandırmağa qərar verəndə sona çatacaq. Öz əlimizdədir. Lakin dünya bu vasitələrdən yaxşı istifadə etməyib. Hər həftə 50 minə yaxın insan ölür, bunlar yalnız haqqında məlumat verilən ölümlərdir”.

 

T.Gebreyesus, həmçinin, bütün “G20” ölkələrini beynəlxalq COVAX və AVAT (Afrika Peyvəndalma İşçi Qrupu) mexanizmlərinin dərman tədarükünü prioritetləşdirməyə çağırıb: “G20 ölkələri dərhal öhdəliklərini yerinə yetirməli və dozaları paylaşmalıdırlar. İstehsalçılar COVAX və AVAT ilə müqavilələrini prioritet verməli və təcili şəkildə yerinə yetirməli, həmçinin, nəyin hara göndərilməsində daha şəffaf olmalıdır. Bunu etsək, pandemiyaya son qoya bilərik və qlobal sağalmanı sürətləndirə bilərik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır