Tibb işçilərinin peşə vəzifələrini yerinə yetirərkən riayət etməli olduqları mənəvi‐etik normalar – Tibbi deontologiya
25.10.2021 11:41
XIII əsrdə yaşamış həkim və yazıçı Əbül‐Fərəc xəstəyə belə müraciət edirdi: “Biz üçük – sən, xəstəlik və mən. Əgər sən xəstəliklə bərabər olsan, siz iki olacaqsınız, mənsə tək qalacam və siz məni yenəcəksiniz. Əgər sən mənimlə olsan biz ikimiz birləşərək tək qalan xəstəliyi yenəcəyik”.
Deontologiya həkimlərin peşəsini yerinə yetirərkən riayət etməli və həyata keçirməli olduqları qayda və davranışları müəyyən edir.
Aztibb.az tibbi deontologiya ilə bağlı bəzi mülahizələri təqdim edir.
Deontologiya özündə üç əsas hissəni birləşdirir: tibb işçisinin cəmiyyət qarşısında borcu; tibb işçisinin xəstə, onun qohumları və yaxınları qarşısında borcu; tibb işçisinin öz məsləkdaşları qarşısında borcu – onlara olan münasibəti.
“Tibbi deontologiya” və “tibbi etika” anlayışları eyni deyil. Deontologiya etik konsepsiyalar yığınıdır, lakin o, daha praqmatik və konkret xarakterə malikdir. Tibbi etika özündə bu vəya digər tibb sahəsinə aid spesifiklik daşımır. Tibbi deontologiya isə bu vəya digər tibb sahəsi ilə əlaqədar olaraq spesifik xüsusiyyətlər daşıyır (terapevtin, pediatrın, cərrahın, onkoloqun və s. deontologiyası ayırd edilir).
“Deontologiya” termini ingilis filosofu J.Bentham tərəfindən XIX əsrdə əxlaq nəzəriyyəsini ayırd etmək üçün təklif olunub.
Tibbi deontologiya prinsipləri hər bir həkimin fəaliyyətinə ciddi təsir edən tibb elminin inkişaf səviyyəsindən asılı olaraq dəyişir. Məsələn qədim Hindistanda ancaq xəstəlikdən sağala biləcək xəstələrin müalicəsi ilə məşğul olmaq məsləhət görülürdü; sağalmaz xəstələr, eləcə də il ərzində sağalmayan xəstələrin müalicəsindən isə imtina etmək məsləhət görülürdü. Hippokrat isə hesab edirdi ki, ümidsiz xəstənin müalicəsi həkimin cəmiyyətdə hörmətinə xələl gətirə bilər.
İbn‐Sinanın “Həkimlik elminin qanunları” əsərində əsas ideyalardan biri xəstəliyin qarşısının alınmasıdır ki, bunun üçün həkim, xəstə və sağlam insanın səylərinin birləşdırılməli olduğu bildirilir. Maraqlıdır ki, qədim zamanlardan bəri həkimin xəstəyə münasibəti probleminə onların qarşılıqlı anlaşması və əməkdaşlığı planında baxılırdı.
Bütün dövrlərdə həkimin şəxsiyyəti, onun insani xüsusiyyətləri ilə (abırlılıq, doğruluq, mehribanlıq) birlikdə, onun daimi olaraq öz üzərində işləməsi, inkişaf etməsinə böyük əhəmiyyət verilib. Az bilikli həkim xəstəyə ziyan vura bilər ki, bu da həkimlik peşəsinin mənəvi normalarına cavab vermir.

Təəssüf ki, çox zaman xəstə deyil, xəstəlik müalicə olunur. Votçalın belə bir ifadəsi var: “Elmli həkim” və “yaxşı həkim” sinonim deyillər.
Hal‐hazırki dövrdə Tibbi Deontologiya məsələlərinə demək olar bütün dünya ölkələrində böyük diqqət ayrılır. Son iki əsrdə bu məsələ ilə bağlı bir çox konfrans və konqreslər keçirilib. Həkimlik fəaliyyətininin etik normalarını müəyyən etməli olan bir çox hüquqi sənəd qəbul olunub.
Bir çox ölkələrdə milli deontologiya kodeksləri var. Bəzi sənədlər beynəlxalq xarakter daşıyır. Cenevrə deklorasiyası (1948), Beynəlxalq tibbi etika kodeksi (London 1949), Helsinki‐Tokio deklorasiyası (1964, 1975), Sidney deklorasiyası (1969), həkimlərin işgəncələrə münasibətinə aid deklorasiya (1975) bunlardan bəziləridir.
Beynəlxalq Səhiyyə Təşkilatının Beynəlxalq tibbi etika kodeksi (Beynəlxalq deontologiya kodeksi) tibbi deontologiya problemi araşdırmaçılarının ən çox müraciət etdikləri normativ akt sayılır. Bu sənəddə tibbi yardımın ödəniş məsələləri, pasyentlərin aldadılmasının qarşısının alınması, özünüreklam fəaliyyəti ilə məşğul olunmaması və s. məsələlərin həlli prinsiplərinə diqqət göstərilir.
Bu bölməyə aid digər xəbərlər
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır
03.08.2026 | 09:30
Hovuzdan sonra qulağınızı belə qoruyun – İnfeksiya riski yüksəkdir
02.08.2026 | 19:20
Şüursuz məşqlər onurğa sağlamlığınızı təhlükə altına alır
25.03.2025 | 12:33
Yaz fəslinə həkimlərin tövsiyəsi ilə sağlam keçid edin
08.03.2025 | 15:15
Angioqrafiya - Neyrocərrahiyədə tətbiqi və əhəmiyyəti
17.06.2024 | 10:31
Pediatr: "İmmunlaşdırma həftəsi" Səhiyyə Nazirliyinin planlaşdırdığı işin mühüm elementidir
30.04.2024 | 13:27
Ümumdünya Əməyin Mühafizəsi Günü - İqlim dəyişikliyinin əməyin mühafizəsinə və sağlamlığa təsiri
28.04.2024 | 08:02
Böyrək zədələnmələrinin ağırlığına görə əlamətləri və müalicəsi
14.03.2024 | 14:09
Azərbaycanda Milli Mətbuat Günüdür
22.07.2023 | 09:00
Narkoloq: Qadın alkoqolizmindən sağalmaq üçün kifayət qədər alət və üsullar var
18.06.2023 | 16:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

