Azərbaycanda ilk dəfə olaraq Zəfər Tibb Simpoziumu keçiriləcək
23.10.2021 15:49

Azərbaycanda ilk dəfə olaraq Bakı, Gəncə və Göygöl şəhərlərində oktyabrın 28-dən noyabrın 1-dək Zəfər Tibb Simpoziumu keçiriləcək.

 

Aztibb.az xəbər verir ki, simpozium Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin birgə təşkilatçılığı və xüsusi dəstəyi ilə təşkil ediləcək.

 

Zəfər Tibb Simpoziumunda Almaniya modeli nümunəsində müasir serebrovaskulyar mərkəzin təşkilinin əhəmiyyəti, insult mərkəzlərinin təşkili və radiologiya sahəsindəki ən müasir təcrübələrdən söhbət açılacaq. Tədbirdə Almaniyadan gələn qonaqların müəllifi olduğu ən son elmi yeniliklər iştirakçıların və ictimaiyyətin diqqətinə çatdırılacaq.

 

Simpoziumda Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, Köln Universitetinin tibb elmləri doktoru, Köln Universitet Klinikasının Radiologiya İnstitutunun şöbə müdiri və İnstitutun işemik insult araşdırmaları mərkəzinin rəhbəri Nuran Abdullayev insult xəstələrinin müalicəsi ilə bağlı uğurla icra etdiyi ən son yeniliklərdən danışacaq.

 

Bohum Universitet Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Volker Mausun əməliyyat texnikasında etdiyi son yeniliklər və Münhen Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru, professor Anastasios Mpotsarisin beyin anevrizmalarının damardaxili müalicəsində etdiyi ən son yeniliklər barədə məlumat veriləcək.

 

Simpozium Prezident İlham Əliyevin “Bizim ən böyük resursumuz insanların savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik” və "Bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir” kimi fikirlərinin təsdiqidir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib