ATU-nun kollektivi şəhid məzunlarının anım mərasimlərində yaxından iştirak edir
22.10.2021 16:14
Vətən müharibəsi zamanı digər hərbi qulluqçularla yanaşı, Müdafiə Nazirliyinin tibbi personalı da böyük qəhrəmanlıq və şücaət göstərib. Onların əksəriyyəti Azərbaycan Tibb Universitetinin (ATU) məzunlarıdır. Məlum olduğu kimi, hərbi əməliyyatlar zamanı 159 tibb işçisi yaralanıb, ümumilikdə 42 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
 
Hazırda bütün ölkə ilə yanaşı, ATU-nun kollektivi də şəhid məzunlarının anım mərasimlərində yaxından iştirak edir. Aztibb.az xəbər verir ki, universitetin Hərbi Tibb Fakültəsinin şəxsi heyəti fakültənin məzunu, müharibədə şəhid olmuş gizir Abdullayev Eldar Firidun oğlunun ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib. Şəxsi heyət üzvləri Sumqayıt şəhər şəhidlər xiyabanını ziyarət ediblər. Fakültənin nümayəndələri digər şəhid, əsgər Bayramov Səlimxan Vüqar oğlunun ildönümünə həsr olunmuş mərasimdə iştirak ediblər.
 
Azərbaycan Tibb Universitetinin kollektivi Vətən müharibəsində şəhid olan məzunlarını daim hörmətlə anaraq, onların əziz xatirəsini yüksək tutacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır