3400 tibb işçisi COVID-19-a qarşı mübarizəyə dair təlimlərdə iştirak edib - FOTO
21.10.2021 20:52
Pandemiya ilə mübarizədə Azərbaycanda həyata keçirdiyimiz ən önəmli fəaliyyətlərdən biri də Ümumdünya Səhiyyə Təşkilatının “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsidir.
 
Aztibb.az xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə 2020-ci ilin aprel ayında başlanan layihə çərçivəsində COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunan 1000-dən çox müxtəlif tibbi avadanlıq, tibb işçiləri üçün 10 minlərlə fərdi mühafizə vasitələri və 1 milyon tibbi əlcək ölkəyə təhvil verilib.
 
Bununla yanaşı, 3400 tibb işçisi və tibb sahəsində təhsil alan 1400 tələbə COVID-19-a qarşı mübarizənin müxtəlif aspektlərinə dair onlayn və üzbəüz təlimlərdə iştirak edib. Həmçinin 21 xəstəxana, 2 psixi sağlamlıq müəssisəsi və 5 ilkin səhiyyə müəssisəsində infeksiyanın profilaktikası və nəzarət, habelə COVID-19 xəstəliyinin idarəolunması üzrə qiymətləndirmələr aparılıb və tövsiyələr verilib.
 
2022-ci ilin aprel ayına qədər davam edəcək layihənin əsas məqsədi pandemiyaya qarşı mübarizədə Azərbaycana dəstək olmaq, eləcə də gələcəkdə baş verə biləcək pandemiyalara qarşı ölkənin dayanıqlı cavab potensialının formalaşdırılmasıdır.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır