Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə "YAŞAT" Fondu arasında MEMORANDUM imzalanıb
21.10.2021 16:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Əməkdaşlıq sənədini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov imzalayıb.

 

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərimizlə bağlı həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərindən bəhs olunub. Bu tədbirlərin bir istiqamətinin də qazilərimizin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı olduğu vurğulanıb.

 

İmzalanan əməkdaşlıq sənədinin də  Vətən müharibəsində yaralanmış qazilərin reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilməsi, ümumən onların ehtiyaclarına uyğun digər tədbirlərin görülməsi sahəsində iki qurum tərəfindən birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə  tutduğu qeyd edilib.

 

Memoranduma əsasən, tərəflər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, habelə müharibədə yaralanmış və əlilliyi müəyyən edilməmiş şəxslərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi və reabilitasiya xidmətləri ilə təmin olunması istiqamətində əməkdaşlıq edəcək.

 

Qarşılıqlı zəruri məlumatların ötürülməsi təmin ediləcək. “YAŞAT” Fondu tərəfindən Agentliyə yönləndiriləcək Vətən müharibəsi iştirakçılarının reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır