Canəli Əkbərov komaya düşüb - YENİLƏNİB
21.10.2021 11:11

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb.

 

Aztibb.az xəbər verir ki, bunu sənətçinin oğlu Sabir Əkbərov deyib.

 

"Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır", - o bildirib.

 

Qeyd edək ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub.

 

 

 

*

11:11

 

İki il bundan öncə beyin insultu keçirtmiş Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.

 

Bu barədə xanəndənin qızı Təranə Əkbərova məlumat verib.

 

O, bildirib ki, C.Əkborov hazırda ev şəraitində müalicə olunur: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib