Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştamını təhlükəli hesab etmir
21.10.2021 09:28

Böyük Britaniyada yeni bir koronavirus növünün yayılması ciddi təhlükə yaratdığını düşünməyə əsas vermir.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Londonda keçirilən mətbuat konfransı zamanı Birləşmiş Krallığın Səhiyyə naziri Sadcid Cavid bildirib.

 

S.Cavid qeyd edib: "COVID-19 bütün viruslar kimi mutasiya edir və biz daim yeni ştamları müəyyən edirik. Bunların arasında AY.4.2 kimi tanınan və hazırda yayılmaqda olan "Delta" ştamının yeni variantı da var. AY.4.2-nin ciddi təhlükə yaratdığına hesab etmək üçün hələ heç bir dəlil olmasa da, növbəti ştam və ya ondan sonra yarana biləcək ştam daha təhlükəli ola bilər".

 

Nazir Britaniya sakinlərini soyuq havanın başlaması ilə əlaqədar olaraq peyvənd olunmağa və peyvəndin 3-cü dozasını vurdurmağa çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib