Yaqut Qarayeva: Yaşından asılı olmayaraq, hər kəs koronavirusa qarşı üçüncü dozanı vurdura bilər
20.10.2021 21:32

İmmunitet sertifikatının etibarlılıq müddəti altı aydır. Həmin müddət bitəndən sonra vətəndaşlara tövsiyə edirik ki, COVID-19 əleyhinə gücləndirici doza vurdursun. Bu zaman bir doza ilə immunitet sertifikatının müddəti müddətsiz olaraq uzanır, həmçinin onun immunitet sertifikatında buster doza deyə bir yazı əmələ gəlir. Hazırda dünyada koronavirus əleyhinə dörd platforma üzərində vaksinlər mövcuddur. Azərbaycan nadir ölkələrdəndir ki, hər dörd platformada hazırlanmış vaksin ölkəmizdə mövcuddur. Vətəndaşlar vaksinasiya zamanı özləri seçim edə bilirlər.

 

Hazırda ölkəmizdə 98 faiz “Sinovac” şirkətinin vaksinindən istifadə olunur.

 

Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bildirib ki, revaksinasiya və buster doza fərqli anlayışlardır: “Hazırlanan vaksinlər yeni olduğu üçün onların qoruyuculuq müddətini tam dəqiq bilmirik. Araşdırmaların nəticələrini izləyirik. Tədqiqatlar göstərir ki, onların qoruyuculuğu 6 aydan sonra zəifləməyə başlayır. İnsanların immun sistemi çox individualdır. Ona görə də bəzi insanlara buster doza, yəni bir doza tövsiyə olunduğu halda, bəzi hallarda revaksinasiya, yəni iki doza belə məsləhət görülə bilər. Buster doza eyni istehsalçının da ola bilər, fərqli peyvənd də vurula bilər. Avropada bir çox araşdırmalar göstərir ki, buster doza olaraq fərqli istehsalçıların vaksini seçilərsə, daha yaxşı nəticə əldə etmək olar. Lakin bu, o demək deyil ki, biz gücləndirici doza olaraq eyni vaksin növünü seçə bilmərik. Məlumat üçün bildirmək istərdim ki, Hepatit B-yə qarşı illərdir buster dozadan istifadə olunur. Bu, tibbin profilaktikasında mövcud olan bir haldır və əsas məqsəd bədəndə olan anticisimlərin təsir müddətini uzatmaq və gücləndirməkdir”.

 

Departament rəhbərinin sözlərinə görə, xarici ölkələrin immun və peyvənd sertifikatlarının Azərbaycanda tanınması məsələsi Səhiyyə Nazirliyi tərəfindən həll olunub. Səhiyyə Nazirliyi tərəfindən xarici ölkələrdə vurulmuş vaksin və ya keçirilmiş xəstəliyi təsdiq edən sənəd qəbul olunur, baxılır və buna əsasən qərar verilir.

 

“Düşünürəm ki, yanvar ayından bu günə qədər vaksinlə bağlı xeyli işlər görmüşük. Tariximizə nəzər salsaq heç vaxt ölkəmizdə belə genişmiqyaslı vaksinasiya aparılmayıb. Hazırda ölkəmizdə 9 milyondan çox vaksin vurulub. Bu, çox böyük rəqəmdir. Lakin hələ hədəfimizə çatmamışıq. Qarşıdan qış mövsümü gəlir. Qapalı məkanlarda daha çox vaxt keçirəcəyik, təmaslar artacaq. Bu zaman yoluxma saylarının da artımı qaçılmazdır. Ona görə də vətəndaşlara buster dozanı tövsiyə edirəm. Buster dozanı xüsusilə də tibb işçilərinə, yaşı 50-dən yuxarı olanlara, immun sistemi çatışmazlığından əziyyət çəkənlərə məsləhət görürük. Buna baxmayaraq, yaşından asılı olmayaraq, hər kəs müraciət edib üçüncü dozanı vurdura bilər”.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində elmi seminar: “Hemolitik-uremik sindrom”