Gözlərdəki bu ifadə qorxudan deyil, xəstəlikdəndir - GRAVES
20.10.2021 17:00

Graves xəstəliyi - hipertiroidin ən yayılmış formalarından biridir. Bu xəstəlik immun sistemində sağlam tiroid hüceyrələrinə qarşı savaşan immunoglobulinlər yaradır. İmmunoqlobulinlər tiroidin normadan çox tiroid hormonu ifraz etməsinə səbəb olur. Adətən Gaves xəstəliyinin əlamətləri hipertiroidi ilə oxşar olur.

 

Aztibb.az xəbər verir ki, həkim-endokrinoloq Fərhad Burzu Graves xəstəliyinin əlamətləri haqda məlumat paylaşıb.

 

Həkim bildirib ki, Graves xəstəliyinin əsas əlamətlərindən biri də oftalmopatiya adlandırılan göz qapağının arxaya çəkilməsi ilə göz yuvarlağının böyümüş kimi görsənməsidir. Bu əlamət xəstələrinin 25 %-də müşahidə olunur: "Gözdə olan bu narahatçılıq səbəbilə göz həkiminə müraciət edib, səhv müalicə alırlar, amma əsas problem Graves müalicəsiz qalır". 

 

Fərhad Burzu Graves xəstəliyinin digər əlamətlərini də sadalayıb:

 

- Narahatçılıq
- Kişilərdə sinənin böyüməsi
- Konsentrasiya pozğunluğu
- İkili görmə
- Göz qaşınması və sulanması
- Yoğunluq
- Bağırsaq hərəkətlərində artış
- İstiyə qarşı həssaslıq
- Çox tərləmə
- Yuxusuzluq
- Qadınlarda aybaşı pozulması
- Əzələlərdə zəifləmə
- Sinirlilik
- Sürətli və pozulmuş ürək döyüntüsü
- Nəfəsdarlığı
- Titrəmə
- Arıqlama (nadir hallarda kökəlmə)

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib