Oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günüdür    
20.10.2021 08:48

1997-ci ildən etibarən hər il oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd edilir.

 

Aztibb.az xəbər verir ki, həmin tarix Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə profilaktika, diaqnostika və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədilə təsis edilib.

 

Osteoporoz sümük toxumasının zədələnərək nazikləşməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən metabolik xəstəlikdir. Bir qayda olaraq, tədricən yaranır və zaman keçdikcə inkişaf edir. Sümükdə gedən dəyişiklikləri xarakterizə edən osteoporoz terminini ilk dəfə XIX əsrdə fransız cərrahı Yakob Lobşteyn işlədib. Aparılan statistika və elmi araşdırmalar alimləri və tibb işçilərini belə bir qənaətə gətirib ki, osteoporoz birbaşa orqanizmin qocalmasının nəticəsidir.

 

Osteoporoz heç bir sərhəd tanımadan artan qlobal problemdir. ÜST-nin məlumatına görə, xəstəlik yayılma dərəcəsinə görə ürək-damar, onkoloji və şəkərli diabet xəstəliklərindən sonra infeksiyasız xəstəliklər sırasında dördüncü yeri tutur. Statistikaya görə, dünyada 50 yaşdan sonra hər üç qadından və hər beş kişidən biri osteoporozdan əziyyət çəkir.

 

Başlanğıc mərhələdə osteoporoz qətiyyən özünü büruzə vermir, hətta onun başlanmasından on il keçəndən sonra da orqanizmdə gedən dəyişikliklərdən xəbər tutmaq olmur. Sümük kütləsinin əriməsi ağrıyla müşayiət olunmur, bəzən kürəyin aşağı hissəsində sızıltılar əmələ gəlir. Problemin nəticəsi olaraq sümük qatı əriyir və davamlı sınıqlarla müşahidə edilir.

 

Sümük əriməsinin miqdarı dörddəbirə çatanda güclü osteoporoz başlayır. Xəstəliyin fəsadları olaraq fəqərələrin deformasiyası, hərəkət vaxtı artan bel ağrısı, sümüklərin çoxlu sınıqları meydana çıxır. Osteoporozu xəstənin ümumi rentgeni əsasında müəyyən etmək olur.

 

Osteoporozun profilaktikası üçün, ilk növbədə, artıq çəkidən xilas olmaq lazımdır. Pəhriz gözlənilməli, duzlu və ətli qidalar minimuma endirilməlidir.

 

Xəstəliyin inkişafının qarşısını almaq üçün həkimin təyin etdiyi tibbi vasitələrlə yanaşı, dayaq-hərəkət sisteminin yığılıb-açılmasına yönəldilən müalicəvi gimnastik hərəkətlər də məsləhət görülür.

 

İnkişaf edən osteoporozu dərmanla sağaltmaq mümkün deyil. ÜST dünyanın bütün ölkələrinin həkimlərini xəstəliyin profilaktikası ilə məşğul olmağa çağırır. Məhz profilaktik tədbirlər vasitəsilə insan orqanizmindəki sümük toxumasının zəifləməsini ləngitmək mümkündür. Bunun üçün bu mövzuda mühazirə və seminarların keçirilməsi, tibbi müəssisələrdə xəstəlik haqqında informasiya stendlərinin asılması məsləhət görülür.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib