Narkomanlığın fəsadlarına dair silsilə treninqlər keçiriləcək
19.10.2021 16:00

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu şəhər və rayonlarda narkomanlıq probleminə dair treninqlər keçirəcək.

 

Bu barədə Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstərişinə əsasən, karantin rejiminə dair mövcud qaydalara və metodiki göstərişlərin tələblərinə uyğun olaraq, İşçi qrupunun təşkilatçılığı ilə görülən işlərin davamlılığının təmin olunması, antinarkotik təbliğat işinin daha da gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün bu ilin oktyabr və noyabr aylarında respublikanın Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Ağsu, İsmayıllı, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ağcabədi, Bərdə, Balakən, Zaqatala, Qəbələ, Şəki şəhər və rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün aidiyyəti qurumların mütəxəssislərinin xüsusi təqdimatları ilə narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi nəzərdə tutulur.

 

Tədbirlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.18, 4.4.26-cı bəndlərinin və Dövlət Komissiyasının müvafiq qərarlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

 

Tədbirlər çərçivəsində şəhər-rayon komissiyaların üzvləri ilə 16 görüş, ümumtəhsil məktəblərinin işçiləri üçün 16 treninq, ümumilikdə 32 tədbir təşkil olunacaq. Eyni zamanda, həmin şəhər və rayonlar üzrə müvafiq komissiyaların üzvləri ilə keçirilən görüşlərdə müzakirələrin aparılması və onlara metodiki kömək göstərilməsi, zəruri təbliğat materiallarının təqdim olunması, bundan əlavə treninqə qatılacaq iştirakçılara Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış sertifikatların verilməsi planlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır