Agentlik Proqramlaşdırma şöbəsinə vakant yer elan edir
20.10.2021 17:09

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Proqramlaşdırma şöbəsinə baş mütəxəssis/məsləhətçi (Front-end Developer istiqaməti üzrə) vəzifəsini tutmaq üçün vakant yer elan edir. 

 

Vəzifə öhdəlikləri:

 

  • Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
  • Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
  • Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
  • Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi;
  • Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
  • Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesində iştirak;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
  • Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılması;
  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;

    

Vəzifə üçün tələblər:

 

  • Kompüter elmləri və ya digər əlaqəli sahədə ali təhsil
  • Kompüter Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər
  • HTML5, CSS 3, Bootstrap, jQuery, JavaScript  və TypeScript bilikləri
  • Angular və ya əlaqəli texnologiyalar üzrə minimum 2-3 il təcrübə
  • Angular Universal ilə SSR tətbiqi təcrübəsi
  • RESTful, JSON, Git və s. ilə təcrübə
  • Test-Driven Development ilə tanış olması arzuolunandır
  • Javascript Testing Frameworks haqqında bilik və təcrübə arzuolunandır (Jest, MochaJs və s.)
  • Docker texnologiyası ilə deployment prosesinin aparılması haqqında məlumatlılıq və müvafiq təcrübə arzuolunandır
  • Sürətli, səliqəli və anlaşılan kod yazmaq bacarığı
  • Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək istəyi
  • Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı

 

Maraqlanan namizədlər CV-lərini  “Front-end Developer” başlığı ilə 19 noyabr 2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər. Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Rəqabətədavamlı əmək haqqı təklif olunur. 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib