Azərbaycanlı gəncdən YENİ ELMİ KƏŞF
19.10.2021 15:43

İstanbul Universiteti – Cərrahpaşanın doktorantı, OSTİM Texniki Universitetinin Hibrit və Elektrikli nəqliyyat bölümünün müəllimi və eyni universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Nəcəfov yeni elmi kəşfə imza atıb.

 

Aztibb.az xəbər verir ki, tullantıların idarə edilməsi və atılması problemi ətraf mühit və insan sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir və bu tullantıların böyük bir hissəsi gündəlik həyatda yüksək istifadəsinə görə polimerlərdən ibarətdir. Polilaktik turşu (PLA), neft polimerlərinə alternativ bir termoplastik materialdır, çünki bərpa olunan mənbələrdən əldə edilə bilər və xüsusilə bioloji olaraq parçalanır.

 

Bəxtiyar Nəcəfov bio əsaslı epoksi soya yağı, bitki və sitrat əsaslı fərqli molekulyar ağırlıqlı plastifiyanlardan istifadə edərək yeni PLA əsaslı bionanokompozit əldə edib. Bu kompozit gündəlik həyatımızın demək olar ki, hər sahəsində istifadə olunan, insan sağlamlığı və ətraf mühitə heç bir zərər verməyən mövcud neftdən əldə edilən polimerlərə (məhsullara) alternativ olan bioloji parçalana bilən bir polimer olacaq.

 

2016-cı ildə işlənmiş yağları torpaqla biodizelə çevirərək Türkiyədə gündəmə gələn Bəxtiyar Nəcəfov kəşf etdiyi bu PLA əsaslı bionanokompozitlə yenidən diqqəti üzərinə çəkib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır