Qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb
19.10.2021 14:39

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sabirabad şəhəri, V. Əhmədov küçəsində fəaliyyət göstərən, Quliyev Əlikram Əlibala oğluna məxsus baytarlıq aptekində planlı yoxlama keçirib.

 

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı aptekin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, satışı həyata keçirilən son istifadə müddəti bitmiş baytarlıq preparatları, həmçinin xüsusi temperatur rejimində saxlanılması tələb olunan vaksinlərin və bioloji stimulyatorların temperatur rejiminə əməl olunmadan saxlanıldığı aşkar olunub.

 

Aşkar edilmiş faktla bağlı aptek rəhbəri inzibati məsuliyyətə cəlb olunub, son istifadə tarixi bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılaraq müvəqqəti saxlanca verilib. Araşdırmalar davam etdirilir.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib