Azərbaycan regionda cərrahiyyə üzrə ixtisasartırma mərkəzinə çevrilir
18.10.2021 17:25

Tacikistan Səhiyyə Nazirliyinin göndərişi ilə bu ölkənin baş cərrahının rəhbərliyi altında bir qrup cərrah Azərbaycanda ixtisasartırma kursunda iştirak edib.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətindən bildirilib ki, sentyabrın 29-dan oktyabrın 14-nə kimi Tacikistan Respublikası Qastroenterologiya Elmi Tədqiqat İnstitutunun, Milli Onkologiya İnstitutunun və Düşənbə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının 4 nəfər işçisi M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin birgə təşkil etdiyi İrəli Laparoskopik Cərrahiyyə üzrə İxtisasartırma kursunda iştirak ediblər. Tacikistan dövləti tərəfindən maliyyələşdirilən bu layihədə həkimlər Rusiya, Türkiyə, İran və Azərbaycan klinikaları arasında seçim edərək ixtisasartırma kursunu keçmək üçün məhz Azərbaycanı seçiblər.

 

Kursun rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümovun bildirdiyinə görə, onların Azərbaycana gəlməsində əsas məqsəd son illər cərrahiyyədə lider mövqe qazanmaqda olan endoskopik, laparoskopik və torakoskopik cərrahiyyə sahəsində ən son yeniliklərlə əyani tanış olmaq və öz bilik və bacarıqlarını artırmaq olmuşdur. Bu məqsədlə onlar iki həftə ərzində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Almaz Akademiya Tibbi Treninq Mərkəzində xüsusi simulyatorlar üzərində təlimlər keçmiş və regionda yalnız Azərbaycanda icra edilən bir neçə növ mürəkkəb əməliyyatlarda iştirak etmişlər. Onlar professor Qurbanxan Müslümov tərəfindən mədəaltı vəzin şişləri zamanı icra edilən laparoskopik Vipl əməliyyatı, qida borusunun şişləri zamanı icra edilən Torako-Laparoskopik Ezofaqektomiya-qida borusunun çıxarılması əməliyyatı, endoskopik üsulla qalxanvari vəz üzərində aparılan əməliyyatlar və endoskopik və laparoskopik üsulla icra edilən bir sıra digər əməliyyatlarda iştirak etməklə təcrübə qazanaraq öz ölkələrinə dönüblər.

 

İştirakçılar öz vətəninə döndükdən sonra Tacikistan Səhiyyə Nazirliyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ünvanına təşəkkür məktubu ünvanlayaraq kursun təşkilinə görə minnətdarlıq edib və bu əməkdaşlığın daha da dərinləşməsi və tacikistanlı həkimlərin Azərbaycanda digər sahələrdə də ixtisaslaşma imkanlarının yaradılmasını xahiş ediblər.

 

Həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də bu inkişaf və Azərbaycanın region ölkələri üçün tibb kadrlarının ixtisasartırma mərkəzinə çevrilməsi hər kəsi sevindirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır