Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib  
18.10.2021 12:32

2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 (onlardan 32 plan yeri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulub) yerdən ibarət olub.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 14 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

 

DİM-in saytında boş qalan plan yerləri təqdim olunur.

 

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı N1, 2021, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 18-i saat 11:00-dən oktyabrın 19-u saat 14:00-dək https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib