Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Avrasiya Əczaçılıq Sammitində iştirak ediblər
16.10.2021 15:15

Daşkənddə onlayn formatda keçirilən Avrasiya Əczaçılıq Sammitində Analitik Ekspertiza Mərkəzinin əməkdaşları iştirak ediblər.

 

Aztibb.az xəbər verir ki, mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, Avropa və Asiya qitələrinin aparıcı ölkələrinin iştirak etdiyi tədbirdə dərman vasitələrinin qeydiyyatı, qablaşdırmaya olan müasir tələblər, dərman vasitələrinin qiymət formalaşması, ölkələrdə bu sahədə son tənzimləyici dəyişiklər və bir sıra aktual mövzular müzakirə olunub. Sammitdə əczaçılığın dərman vasitələrinin qeydiyyat prosedurları, farmakonəzarət və etibarlı istehsalat təcrübəsi kimi mühüm sahələr haqqında məlumatlar verilib, təqdimatlar edilib.

 

Tədbirdə Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza, Farmakonəzarət və Keyfiyyəti idarəetmə şöbələrinin əməkdaşları hər üç istiqamət üzrə görülən işlər və son yeniliklər haqqında ətraflı məlumat verib, dərman vasitələri istehsalçılarının sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır