Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş onlayn elmi konfrans keçiriləcək
15.10.2021 18:46
29 oktyabr Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş onlayn elmi konfrans keçiriləcək.
 
Aztibb.az xəbər verir ki, 29-30 oktyabr 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "ZOOM" platforması üzərindən 29 oktyabr Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: imkanlar və gələcək perspektivlər" mövzusunda onlayn elmi konfrans həyata keçiriləcəkdir.
 
2 gün ərzində keçiriləcək konfransda “Neyrovaskulyar xəstəliklərdə anatomiya və ateroskleroz”, “Xronik və kəskin neyrovaskulyar çatışmazlıqda nevrolojik, cərrahi və endovaskulyar müalicə”, “İnsultlu xəstələrə reanimasion yanaşma və kəskin beyin qanaxmaları”, “İnsult mərkəzi və reabilitasiya” mövzularında ümumilikdə 4 paneldə 13 məruzə dinləniləcək, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həkimlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün sual-cavab sesiyaları təşkil olunacaq.
 
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya onlayn sertifikat veriləcək.
 
Tədbirdə iştirak ödənişsizdir. 
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.
 
Qeydiyyatdan keçmək üçün link:
 
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib