Professor Hicran Bağırovanı 70 illik yubileyi münasibətilə təbrik edirik!
15.10.2021 17:40

Bu gün Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri, Əməkdar həkim, professor Hicran Bağırovanın 70 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Hicran Bağırova 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu bitirmişdir. O, 1975-1977-ci illərdə Moskva şəhərində Ümumittifaq Onkologiya Elmi Mərkəzində kliniki ordinatura keçmişdir. 1977-ci ildən 1993-cü ilədək həmin Elmi Mərkəzin Ginekologiya şöbəsində baş laborant, həkim, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1984-cü ildə namizədlik, 2000-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 

 

H.Bağırovaya 1991-ci ildə SSRİ Elmlər Akademiyası tərəfindən "Ali dərəcəli həkim" adı verilmişdir. O, 1993-cü ildə Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasında assistent, 1998-ci ildə dosent işləmiş, 2003-cü ildən indiyədək isə kafedra müdiri vəzifəsində çalışır.

 

Alim ATU-nun Böyük Elmi Şurasının, II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının üzvüdür, Respublika Mama-ginekoloqlarının Elmi Cəmiyyətinin sədr müavinidir. Həmçinin, ATU-nun nəzdindəki Dissertasiya Şurasının üzvü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tibbi Şuranın plenum üzvü, Alman-Azərbaycan Mama-ginekoloqlar Cəmiyyətinin sədridir.

 

O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülmüşdür.

 

Hicran xanımı 70 illik yubileyi münasibətilə Aztibb.az səhiyyə xəbər portalı adından təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq.
 
Yubileyiniz mübarək!
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır