Əlilliyi olan şəxslər 35,6 min reabilitasiya vasitəsi ilə təmin edilib
15.10.2021 16:07

Postmüharibə dövründə 149 qazinin son nəsil protezlərlə təminatı həyata keçirilib.

 

Aztibb.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin 9 ayında 7128 nəfər əlilliyi olan şəxsi (o cümlədən 944 müharibə əlilini) protez-ortopedik bərpa xidmətləri ilə təmin edib.

 

Onlara 1150 təkərli oturacaq, 846 mühərrikli təkərli oturacaq, 1625 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 1302 eşitmə aparatı, 128 bel və boyun nahiyəsi üçün korset, 1497 protez ayaqqabı, 4882 ortopedik ayaqqabı, 760 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 1842 qoltuqaltı və dirsəkaltı ağac, 1830 ədəd əsa və s. reabilitasiya vasitələri verilib.

 

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 35,6 min reabilitasiya vasitəsi təqdim edilib.

 

Bu sahədə əsas fəaliyyət istiqamətlərindən biri Vətən müharibəsində ağır yaralanaraq ətraflarını itirmiş qazilərin yüksək texnologiyalı protezlərlə təminatıdır. Ümumilikdə postmüharibə dövründə 149 qazinin yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı həyata keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib