Vərəmin ən çox yayıldığı bölgələr açıqlanıb
15.10.2021 15:04

Azərbaycanda vərəmə ən çox yoluxma qeydə alınan bölgələr açıqlanıb.

 

Bu barədə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova məlumat verib.

 

O, bildirib ki, vərəmə yoluxanların əksəriyyəti Bakı və Abşeron sakinləridir:

 

"Lakin əhalinin 100 min nəfərinə olan vərəmlə xəstənmə göstəricisi 2020-ci il üzrə Bərdə, Siyəzən, Xaçmaz, Göyçay, Quba, Kürdəmir, Şabran, Yevlax və digər rayonlarda daha yüksək olub".

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, 2020-ci ildə 1,5 milyon insan vərəmdan dünyasını dəyişib. Proqnozlara görə, 2021-2022-ci illərdə bu xəstəliyə tutulanların sayı daha da artacaq. Hazırda dünyada 4,1 milyon insan vərəmdən əziyyət çəkir. Bu rəqəm 2019-cu illə müqayisədə 2,9 milyon nəfər çoxdur. Təşkilatın açıqlamalarına əsasən vərəmlə mübarizəyə ayrılan qlobal xərclər 5,8 milyard dollardan 5,3 milyard dollara qədər azalıb. Bu da 2022-ci ilə qədər qarşıya qoyulan 13 milyard dollarlıq qlobal hədəfin yarısından da azdır.

 

Xatırladaq ki, Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə 2011-2015 və 2016-2020-ci illərdə vərəmlə mübarizə üzrə tədbirlər planı icra edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib