Əhliman Əmiraslanov: “İcbari tibbi sığortaya ayrılan vəsait artdıqca şikayətlər aradan qalxacaq”
15.10.2021 15:01

“Biz yaxın günlərdə İcbari tibbi sığorta ilə bağlı dinləmə keçirəcəyik. TƏBİB də bu dinləmədə iştirak edəcək. Burada qaldırılan məsələlərin əksəriyyəti də həmin dinləmədə qaldırılacaq”.


Bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.


Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiqinə başlanılanda ölkədə pandemiya başladı: “Doğrudur, bu sahədə problemlər var. Amma mən inanıram ki, zərfə daxil olan tibbi xidmətlərin sayı getdikcə artacaq. Bu gün insanlar arasında böyük tələfat verən xəstəliklərin hamısı zərfə daxil olmayıb. Bütün məsələlər büdcə ilə bağlıdır. Bu gün icbari tibbi sığorta büdcəsinin imkan verdiyi dərəcədə həyata keçirilir. Gələcəkdə büdcədən icbari tibbi sığortaya ayrılan vəsait artdıqca şikayətlər və narazılıqlar aradan qalxacaq. Türkiyə 20 ildən artıqdır ki, bu sistemə keçib. Amma onlarda da bu sahədə problemlər var”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib