Ümumdünya Artritlə Mübarizə Gününə həsr olunan tədbir keçirilib
14.10.2021 11:07
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin “Beynəlxalq tibbi günlərin qeyd edilməsi” layihəsi çərçivəsində növbəti vebinar təşkil olunub. Budəfəki vebinar Ümumdünya Artritlə Mübarizə Gününə həsr olunub.
 
Tədbiri giriş sözü ilə TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri, t.e.d., dosent Emil İskəndərov açaraq Ümumdünya Artritlə Mübarizə Gününün yaranma tarixi və məqsədi barədə məlumat verib.
 
Daha sonra “Azərbaycan Travmatoloqlar və Ortopedlərinin Assosiasiyası” İctimai Birliyinin sədri, t.e.d. Yaşar Cəlilov, Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-revmatoloqu, t.ü.f.d. Şəhla Hadıyeva, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Artroplastika şöbəsinin müdiri Nizami Məmmədov, Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatr-revmotoloqu Aytən Əliyeva çıxış ediblər. Çıxış edənlər oynaqlarda təsadüf edilən xəstəliklərin diaqnostikası, müalicəsi və fəsadları haqqında ətraflı məlumat veriblər.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib