Son 9 ayda AQTİ laboratoriyalarında 1,5 milyona yaxın nümunə müayinə edilib  
14.10.2021 11:02
2021-ci ilin 9 ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalarda ümumilikdə 1 428 232 nümunə müayinə edilib.
 
Aztibb.az xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib. Bildirib ki, aparılmış müayinələr zamanı nümunələrin 6 624 və ya 0.46%-də uyğunsuzluq aşkarlanıb: “Ötən ilin eyni dövründə isə 1 250 450 nümunə müayinə edilmişdi, nümunələrin 33 996 və ya 2.7%-də uyğunsuzluq aşkarlanıb”.
 
Q.Təhməzli qeyd edib ki, AQTİ tərəfindən 9 elmi-tədqiqat layihəsi həyata keçirilib və hazırda bir sıra elmi-tədqiqat işləri davam etdirilir. Onlardan əkinçilikdə istifadə edilən yeni nəsil mikrobioloji məhsullar, antibiotiklərin quşçuluqda istifadəsi və antibiotiklərə dözümlülüyün elmi qiymətləndirilməsi mövzularında elmi-tədqiqat işləri həyata keçirilib və ilkin nəticələr əldə olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofilterlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filterlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib