Aİ-ÜST layihəsi çərçivəsində iki tibb müəssisəsində  qiymətləndirmə aparılıb  
13.10.2021 20:25
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Sağlamlıq üçün həmrəylik təşəbbüsü" layihəsi çərçivəsində ÜST Azərbaycanda psixi sağlamlıq sahəsində uzunmüddətli müalicə xidməti göstərən səhiyyə müəssisələrini dəstəkləyir.
 
ÜST ekspertləri bu sahədəki ən böyük müəssisələr olan 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası və 1 nömrəli Psixonevroloji Sosial Xidmət Müəssisəsində COVID-19 infeksiyasının profilaktikası və nəzarət tədbirlərinin qiymətləndirilməsini aparıb.
 
Qiymətləndirmə COVID-19-un pasiyentlərin gündəlik həyatına təsir etdiyi sahələri anlamaq, virusa yoluxmuş şəxslərin müəyyənləşdirilməsi və idarə edilməsində dəstəyə ehtiyac duyulan sahələri aydınlaşdırmaq məqəsədi daşıyıb. Eləcə də əl gigiyenası stansiyaları, əl dezinfeksiyaediciləri və məlumatlandırıcı posterlərin verilməsi ilə bu müəssisələrdə infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin yaxşılaşdırılmasına dəstək nəzərədə tutulur.
 
Aİ-ÜST layihəsi çərçivəsində, həmçinin tibb işçilərinin psixi sağlamlıq və psixo-sosial dəstək sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə 6 ay ərzində bu səhiyyə müəssisələrində çalışmaq üçün 3 psixoloq və 3 sosial işçi göndərilib.
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Milli Hematologiya və Transfuziologiya Mərkəzində elmi seminar: “Hemolitik-uremik sindrom” 
Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib