TƏBİB-in məsul şəxsləri ilə UNICEF-in eksperti Kim Dikson arasında görüş keçirilib
13.10.2021 15:26
TƏBİB-in məsul şəxsləri ilə UNICEF-in eksperti Kim Dikson və Azərbaycan nümayəndəliyinin əməkdaşları arasında görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, görüş zamanı TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva Azərbaycanda icra olunan neonatoloji tibbi xidmətlər barədə məlumat verib. O, bu sahədə xidmət səviyyəsinin yaxşılaşdırılması istiqamətində UNICEF-lə əməkdaşlığın vacibliyini vurğulayıb.
 
Daha sonra çıxış edən K.Dikson neonatoloji sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə ilk olaraq uşaqların anadangəlmə və ya doğuşdan sonra yaranan xəstəliklərinin, psixoloji problemlərinin aşkar edilməsinin, eyni zamanda, həmin ailələrlə mütəmadi işlərin aparılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.
 
Məlumat üçün qeyd edək ki, Kim Dikson respublikanın doğuşayardım müəssisələrində neonatoloji tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, həkim və orta tibb işçilərinin bilik və bacarıq səviyyələrinin təyin edilməsi, tibb müəssisələrində fəaliyyətin qiymətləndirilməsi məqsədilə TƏBİB-in təşəbbüsü ilə ölkəmizdə səfərdədir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib