Azərbaycana invaziv və qeyri-invaziv süni tənəffüs aparatları gətirilib  
13.10.2021 11:18
Avropa İttifaqının (Aİ) maliyyəşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyata keçirdiyi “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycana COVID-19-la mübarizəyə dəstək üçün tibbi ləvazimat və avadanlıqlar təhvil verilib.
 
Aztibb.az xəbər verir ki, bu məhsullara 2 ədəd invaziv və 1 ədəd qeyri-invaziv süni tənəffüs aparatı, 4 xəstə monitoru, yüksək axınlı oksigen verilməsi üçün 12 nazal kanyula, COVID-19-un aşkarlanması üçün 4000 PZR test reagenti və COVID-19 hallarının müşahidəsində istifədə üçün 100 tablet, 5 noutbuk, 5 modem və onların proqram təminatı daxildir.
 
Təhvil-təslim aktını Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, Səhiyyə Nazirinin müavini Viktor Qasımov və ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı imzalayıblar.
 
Qeyd edək ki, layihə çərçivəsində 2020-ci ilin iyul, sentyabr və dekabr aylarında tibb işçiləri üçün fərdi qoyucu vasitələr və pasiyentlərin müalicəsində istifadə edilən tibbi ləvazimatlardan ibarət daha 4 yük Azərbaycana təhvil verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır