London Universitetinin professoru ilə tibb sahəsində müzakirələr aparılıb - Fotolar
12.10.2021 16:07
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli İngiltərənin London College Universitetinin tibb bölməsinin nümayəndəsi, professor Michael Paul Loosemore ilə görüşüb.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) nümayəndə heyəti ilə birlikdə ATU-da qonaq olan professor M.P.Loosemore Böyük Britaniyada tibb təhsili sahəsində tətbiq olunan yeniliklər, mövcud layihələr haqqında məlumat verib.
 
ADBTİA-nın Tədris və Elmi işlər üzrə prorektoru Təhminə Tağızadə təmsil etdiyi universitetdə tətbiq olunan yeni proqram haqqında danışıb. İki illik proqramın rezidentlər üçün nəzərdə tutulduğunu bildirən qonaq ATU məzunlarının da bu imkandan yararlana biləcəyini deyib.
 
ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu proqramın tətbiqi ilə bağlı fikirlərini bölüşüb. Görüşdə, həmçinin layihə çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Proqramın yaratdığı imkanlar barədə tələbələr üçün təqdimat keçirilməsinə dair ilkin razılıq əldə edilib.
 
Qeyd edək kii, görüşdə ADBTİA-nın İxtisasartırma proqramının direktoru Təranə Əhmədova, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov iştirak edirdilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb