Fiziki məhdudiyyətli şəxslərə diqqət və qayğının artırılması ilə bağlı layihə həyata keçirilir  
12.10.2021 13:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması” layihəsinin icrasına başlanılıb. Layihə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

 

İctimai birlikdən bildirilib ki, layihənin əsas məqsədi cəmiyyətin diqqətinin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılmasına nail olmaq, məlumat və maarifləndirici xarakterli nəşrlərin hazırlanaraq əhali arasında geniş yayılmasını təşkil etməkdir.

 

Qeyd olunan məqsədlə əlilliyi olan şəxslərlə bağlı geniş təbliğat-təşviqat kampaniyası həyata keçiriləcək. Belə ki, əlilliyi olan şəxslərin hüquqları təşviq olunacaq, bununla bağlı informasiya mühiti inkişaf etdiriləcək. Layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqları haqqında 3 mövzuda hər biri 1500 nüsxə olmaqla bukletlərin nəşri, əlilliyi olan şəxslərin hüquqlarının təşviqi məqsədilə 4 maarifləndirici videoçarxın hazırlanması da nəzərdə tutulub. Həmçinin əlilliyi olan istedadlı şəxslərin potensiallarının üzə çıxarılması və təbliğ olunması məqsədilə 2 videoreportaj və 3 məqalə hazırlanaraq ölkə mətbuatında yayımlanacaq.

 

Layihə çərçivəsində jurnalistlər və Jurnalistika fakültəsinin tələbələri üçün “Əlilliyin düzgün dərk edilməsi” mövzusunda treninqlər də keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır