12 oktyabr – Ümumdünya Artritlə Mübarizə Günüdür
12.10.2021 09:57

Artrit - oynaq və ya bir neçə oynağın ciddi iltihablı xəstəliyidir ki, müalicə edilmədikdə yalnız ağrılara və hərəkətlərin məhdudlaşmasına deyil, həm də əlilliyə, iş qabiliyyətinin itirilməsinə səbəb olur. Bu gün dünyada milyonlarla insan artritdən əziyyət çəkir. Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününün qeyd edilməsində əsas məqsəd revmatoloji xəstəliklər və artritin formaları haqqında ictimaiyyəti məlumatlandırmaq, xəstəliyin erkən diaqnostikası, profilaktikası, tibbi və sosial bərpası məsələlərinə diqqəti cəlb etməkdir. Həmin gün artritdən əziyyət çəkənlərə kömək əli uzatmağı, onlara vaxt ayırmağı, yardım göstərməyi təşviq edir.

 

Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Günü 1996-cı il oktyabrın 12-dən Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə bir çox ölkələrdə qeyd edilir. Son onillikdə dünyada sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinin artması müşahidə edilir.Bu xəstəliklər qan dövranı və tənəffüs sistemi xəstəliklərindən sonra üçüncü yerdədir. Yaşından asılı olmayaraq hər kəs artrit xəstəliyinin risk qrupuna daxildir. Lakin artrit ən çox oynaqların revmatik xəstəliyinin yaranmasına səbəb olur ki, bu da 30-50 yaş arası insanlarda rast gəlinir. Qadınlar kişilərə nisbətən həmin xəstəliyə beş dəfə çox tutulur.

 

Artritdən qurtulmaq üçün həkimlər sağlam həyat tərzi, fiziki hərəkətlər etməyi, düzgün və sağlam qidalanmağı tövsiyə edirlər. Müntəzəm fiziki hərəkətlər əzələlərin möhkəmlənməsinə və qamətin yaxşılaşmasına kömək edir. Artrit xəstələrinin qidasında turşuluq dərəcəsi aşağı olmalı, gündəlik rasiona meyvə və tərəvəzlərdən hazırlanan salatlar daxil edilməlidir. Alma, gavalı, turşəng, qaragilə, çaytikanı, qara qarağat, həmçinin D vitamini ilə zəngin qidalara üstünlük verilməlidir.

 

Artritin nə qədər təhlükəli olduğunu nəzərə alaraq, oynaq və bel ağrısı ilə əlaqədar problemin əhəmiyyətini düzgün qiymətləndirmək, həkimlərə vaxtında müraciət etməklə bu xəstəlikdən müalicə olunmaq mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib