Ana südü ilə qidalandırmanın mühafizəsi, təşviqi və dəstəklənməsi ilə bağlı təlimlər təşkil edilib
11.10.2021 16:41
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq analara və yenidoğulmuşlara tibbi xidmət göstərən müəssisələrdə ana südü ilə qidalandırmanın mühafizəsi, təşviqi və dəstəklənməsi ilə bağlı təlimlər təşkil edilib.
Bu məqsədlə TƏBİB -in Ana və uşaq sağlamlığının təşkili şöbəsi və Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin BMT -nin Uşaq Fondu (UNİCEF) və Elmi Tədqiqat Pediatriya İnstitutu ilə birgə əməkdaşlığı çərçivəsində Abşeron Mərkəzi Rayon Xəstəxanasında 20 nəfərlik qrup üçün üç günlük “Ana südü ilə uğurlu qidalandırmaya doğru On Addım” adlı növbəti təlimlər keçirilib.
Təlimlərdə TƏBİB-in Tibbi xidmətlər departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin baş mütəxəssisi Şəbnəm Şahgəldiyeva və K.Y.Fərəcova adına ETPİ, Anesteziologiya-Reanimasiya və İntensiv Terapiya şöbəsinin həkim pediatrı Lamiyə Fərzəliyeva təlimçi qismində iştirak edib. Təlimlərə həkim-neonatoloq, mama-ginekoloq, mama və yenidoğulmuş uşaqlara qulluq edən tibb bacıları qatılıblar.
Təlimlər çərçivəsində tibbi heyətə körpələri ana südü ilə qidalandırmağın üstünlükləri izah edilib. İştirakçılar analara əminliklə və mümkün qədər tez ana südü ilə qidalandırmaya dəstək göstərə bilmələri üçün bilik və bacarıqlarının artırılması, optimal qidalandırma yolu ilə körpələrin və erkən yaşlı uşaqların qidalanma statusunu müəyyən edərək onların sağlamlığının təmin edilməsi ilə bağlı maarifləndirilib.
Təlimlər praktik və qrup işləri olmaqla interaktiv qaydada təşkil olunub.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03

