“Qarışıq insan qalıqlarının məhkəmə-tibbi ekspertiza analizi” mövzusunda nəzəri-praktik təlim keçirilir      
11.10.2021 14:12

Oktyabrın 11-dən 15-dək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində (MTE və PA) “Qarışıq insan qalıqlarının məhkəmə-tibbi ekspertiza analizi” mövzusunda nəzəri-praktik təlim keçirilir.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və “MTE və PA”nın təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın müxtəlif dövlət qurumlarının (Baş Prokurorluq, Hərbi Prokurorluq, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”, Dövlət Komissiyası üstü qurumlar (Dövlət Təhlükəsizlik Xidməti və s.), Daxili İşlər Nazirliyinin Kriminalistika İdarəsi, Müdafiə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Mərkəzi”) nümayəndələri iştirak edir.

 

Tədbirdə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı Arian Bauer, “MTE və PA”nın baş direktoru, professor Ədalət Həsənov, BQXK-nın məhkəmə-tibbi ekspertiza məsələləri üzrə regional koordinatoru Olqa Lucia Barragan Amaya (Kolumbiya) və BQXK-nın məhkəmə-tibbi ekspertiza məsələləri üzrə regional koordinatoru Uyum Vehit (Şimali Kipr Respublikası) çıxış edib. Qeyd olunub ki, təlimin məqsədi skeletləşmiş insan qalıqlarının identifikasiyasına şərait yaratmaq və dəstək göstərmək üçün qarışıq insan qalıqları kimi mürəkkəb işlərin məhkəmə-tibbi ekspertiza analizi sahəsindəki ən qabaqcıl təcrübələri tətbiq etməkdir.

 

Mürəkkəb işlərin antropoloji analizi və məhkəmə-tibbi genetikası sahəsinə aid olan 5 günlük təlim dünyanın bir çox ölkələrində təcrübə qazanmış beynəlxalq məhkəmə-tibb eksperti Mersedes Salado (Argentina) tərəfindən aparılacaq.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır