Azərbaycanda ilk dəfə körpənin qida borusunun əvəzlənməsi əməliyyatı icra olunub  
11.10.2021 10:44

Azərbaycanda ilk dəfə yeni doğulmuş körpə üzərində qida borusunun əvəzlənməsi əməliyyatı icra olunub.

 

Qida borusunun fistulsuz atreziyası (qida borusunun böyük qisminin anadangəlmə olmaması) ilə doğulan uşağa yenidoğulan dövrdə uşaq cərrahı Gündüz Ağayev tərəfindən ezafaqo və qastrostomiya əməliyyatı icra olunub.

 

Məlumata görə, 1 il müddətində mədəyə qoyulan rezin boru ilə qidalanan uşaq 1 yaşında növbəti cərrahi əməliyyat üçün Bakıdakı xəstəxanalardan birinə gətirilib və xəstəyə Gündüz Ağayev tərəfindən qida borusunun əvəzlənməsi əməliyyatı icra edilib.

 

Bildirilib ki, Azərbaycanda ilk dəfədir belə cərrahi əməliyyat həyata keçirilir.

 

Mədə arxa divararalığından, ürəyin, aortanın və traxeyanın arxasından boyuna çıxarılaraq, qida borusunun ucu ilə birləşdirilib. Doğulandan ağızdan qida qəbul etməyən uşaq əməliyyatdan sonra, 1 ay müddətində qismən ağızdan qisməndə nazik bağırsağa yerləşdirlimiş zondla qidalanıb. Udmağı öyrəndikdən sonra ağızdan tam qidalandığına görə nazik bağırsağa qoyulmuş zond xaric edilib.

 

Hazırda körpə həkim nəzarətindədir və vəziyyyəti yaxşıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır