Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 34-ə çatıb - YENİLƏNİB
10.10.2021 22:10

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içkidən kütləvi zəhərlənmə nəticəsində daha iki nəfər həyatını itirib, bununla da ölənlərin sayı 34-ə çatıb.

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli icra orqanının mətbuat xidmətindən bildirilib.

 

“10 oktyabr saat 19:00-a olan (Bakı vaxtı ilə 18:00) məlumata görə, bölgədə saxta alkoqollu içkidən 67 nəfərin zəhərləndiyi məlumdur, onlardan 34-ü ölüb. 24 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti qənaətbəxş, 6-sı evə buraxılmağa hazırlaşır, 2-nin vəziyyəti orta ağır, 7-nin vəziyyəti ağır, 4-ü süni tənəffüs aparatında qoşulub. 9 nəfərə ambulator müalicə göstərilir”, - mətbuat xidmətinin məlumatında belə deyilir.

 

Kütləvi zəhərlənmə faktı ilə bağlı 10 nəfər saxlanılıb.

 

*

10:07

 

Rusiyanın Orenburq vilayətində 30 nəfər saxta alkoqoldan zəhərlənmə nəticəsində ölüb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə vilayətin Regional və İnformasiya siyasəti üzrə nazirin müavini İnna Averkova deyib.

 

O, bildirib ki, 23 nəfər xəstəxanalarda müalicələrini davam etdirir. Onardan beşi süni tənəffüs aparatlarına qoşulub. Özünü yaxşı hiss edən 8 xəstə evə buraxılıb və müalicələrini orada davam etdirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib