3 min ödəməyən xəstələri FHN Hospitalının “VİP korpus”undan çıxarıblar
09.10.2021 11:37

FHN-in Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və müəssisənin vəzifəli şəxsləri - Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

Aztibb.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hospitalın prokuror ittiham aktını elan edib.

 

İttihama görə, İmran Ağayev hospitala gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib. Amma özünün direktoru olduğu “Medi Style” MMC-dən göndərilən xəstələrin pul qarşılığında qəbulunu tezləşdirib.

 

İmran Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən cəmi 51 min manatdan çox pul alıb. Həmin məbləğin 7500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ İmran Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib.

 

Bundan başqa İ.Ağayev Hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olmuş Rüfət Vəlizadə ilə də birgə cinayət əməlləri törədib. Belə ki, xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaiti rüşvət qismində yığılıb. Bu məbləğ minimum 500 manat, maksimum isə 4 min manat civarında olub.

 

Hospitalın “VİP korpus”unda qiymət çox zaman 3000 manat olaraq xəstə yaxınlarına təklif edilib. İttihama görə, deyilən məbləği ödəyə bilməyən xəstələr hospitalın “VİP korpus”undan çıxarılıb.

 

Proses 14 oktyabrda davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib