Britaniya əhalisinin karantin səbəbindən respirator-virus xəstəliklərinə qarşı immuniteti zəifləyib
09.10.2021 10:48

Qış aylarında Böyük Britaniyada qripə yoluxma nəticəsində ölənlərin sayı 60 min nəfərə çata bilər. Belə ki, hakimiyyətin koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı tətbiq etdikləri karantin tədbirləri nəticəsində ölkə əhalisinin kəskin respirator-virus xəstəliklərinə qarşı immuniteti zəifləyib.

 

Aztibb.az “The Sun” qəzetinə istinadla xəbər verir ki, Böyük Britaniyanın səhiyyə nümayəndələrinin sözlərinə görə, ölkədə qrip epidemiyası mövsümü ərzində ölüm hallarının sayı 50 il əvvəlki rekordu yeniləyə bilər.

 

“Ötən il koronavirus məhdudiyyətləri səbəbindən qripə yoluxanların sayı elə də çox olmadı. Buna görə də, insanların təbii immuniteti əvvəlki kimi güclü deyil. Biz qış mövsümündə qripin yayılmasını diqqətlə izləyəcəyik. Qripə yoluxma halları adi illərdən fərqli olaraq daha çox ola bilər ki, bu da ictimai səhiyyə üçün ciddi problemə çevriləcək”, – deyə İngiltərənin baş həkiminin müavini Conatan Van-Tam bildirib.

 

Böyük Britaniyanın səhiyyə orqanları bu il qrip virusu səbəbindən ölüm hallarının sayının 1968-1970-ci illərdə baş vermiş Honkonq qripi pandemiyasından sonra ən yüksək həddə çata biləcəyindən ehtiyatlanır.

 

Qeyd edək ki, hər il Böyük Britaniyada qrip virusu səbəbindən orta hesabla 11 min insan həyatını itirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib