İran yeni “Pastocovac” peyvəndini təqdim edib
09.10.2021 10:46

İranın kubalı və avstraliyalı mütəxəssislər ilə birlikdə istehsal etdiyi “Pastocovac” peyvəndi koronavirusa qarşı əvvəl istehsal olunan peyvəndlərdən daha təsirlidir.

 

Aztibb.az xəbər verir ki, bu sözləri İranın Dərman və Tibbi Ləvazimatlara Nəzarət İdarəsinin rəhbəri Məhəmmədrza Şanesaz deyib. O, bildirib ki, bu peyvəndi 12-18 yaşlı uşaqlara vurmaq olar. İlkin mərhələdə 6 milyon doza “Pastocovac” peyvəndi istehsal edilib və Səhiyyə Nazirliyinə təhvil verilib. Gələn ay bu peyvənddən 10 milyon doza istehsal ediləcək.

 

İranın Səhiyyə Nazirliyinin bu gün verdiyi aşıqlamaya əsasən son 24 saat ərzində ölkə ərazisində 9 min 897 nəfərin virusa yoluxması, 185 nəfərin isə bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 683 min 980 nəfərə, yoluxaraq ölənlərin sayı isə 122 min 197-yə çatıb.

 

Müxtəlif xəstəxanalarda müalicə alan 5 min 451 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 5 milyon 186 min 96 nəfər sağalaraq evə buraxılıb.

 

Qeyd edək ki, İranda koronavirusun yayılması və ölüm hallarında azalma davam edir. Ölkədə 60 milyona yaxın insana peyvənd vurulub və bu proses davam edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib